Bakı. Trend:
Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərinünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlıməhdudiyyətlərin aradan qaldırılması təklif edilir.
Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək(əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sırahallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesininbir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onlarınməşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlətsosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərinaradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiqdəyişikliklərin edilməsi təklif edilir.
Həmçinin, Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerlikomissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz vəişaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanınavə SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqlaəmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətinmüəyyən edilməsi məqsədilə “Özünüməşğulluğun təşkili Qaydası”nadəyişikliyin edilməsi də təkliflər arasındadır.
Məlumat üçün bildirək ki, “Özünüməşğulluğun təşkili Qaydası”naəsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlakverilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğuaşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna köməkgöstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində DövlətMəşğulluq Agentliyinin müvafiq yerli qurumu və ya DOST mərkəzləritərəfindən qərar qəbul edilir, onun elektron kabinetindəyerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonunagöndərilir.