AZ

Hərbçilərə edilən ödənişlərin artırılması təklif edilir

Bakı. Trend:

Hərbi qulluqçulara verilən bir sıra ödənişlərin məbləğininartırılması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçularistisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görəödənilən pul təminatı və real vəziyyət, habelə mənzil kirayəsindəqiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzilkirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləğininartırılması təklif edilir.

Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdəonun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlarüçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasıməqsədəuyğun hesab edilir.

Bununla yanaşı, hərbi qulluqçuların sosial müdafiəsiningücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pulkompensasiyasının məbləğinin “Azərbaycan Respublikasında minimumistehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinəuyğunlaşdırılması məqbul sayılır.

Seçilən
10
3
az.trend.az

4Mənbələr