AZ

Meksika və ABŞ maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsini həyata keçirəcəklər

Meksika və ABŞ hakimiyyəti maliyyə kəşfiyyatı məlumatlarını mübadilə etməyi hədəfləyən anlaşma memorandumu imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Meksikanın maliyyə qurumu açıqlayıb.

"Meksika Maliyyə və Dövlət Krediti Nazirliyi, ABŞ Vergi Xidmətinin Maliyyə Kəşfiyyatı və Cinayət Təhqiqatı Bölməsi vasitəsilə 19 fevralda iki qurum arasında maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsində əməkdaşlıq üçün çərçivə yaratmaq məqsədilə anlaşma memorandumu imzalayıb", - Meksikanın Maliyyə Nazirliyi qeyd edib.

Saziş qurumlara hüquqi cəhətdən məcburi hüquq və ya öhdəliklər yaratmadan əməkdaşlıq, qarşılıqlı yardım sxemləri qurmağa imkan verəcək. Əsas məqsəd transmilli cinayətkarlıq, xüsusən silah qaçaqmalçılığı ilə əlaqəli maliyyə axınlarını müəyyənləşdirmək və təhlil etmək üçün institusional potensialı gücləndirməkdir.

Seçilən
32
far.az

1Mənbələr