AZ

Xocavəndə qayıdan şəhid qızı: Bu günü gözləyirdik, ümidimizi heç vaxt itirmədik

BAKI, 27 fevral. TELEQRAF

“Çox şükür bu günümüzə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən özüm də şəhid qızıyam. Atam müharibə zamanı girov düşüb, qardaşım da şəhid olub”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocavənd şəhərinə yola düşən keçmiş məcburi köçkün Hicarət Quliyeva deyib.

Onun sözlərinə görə, ailəsi uzun illər çətin şəraitdə yaşayıb: “Anam, qohumlarım bu illər ərzində dərddən, kədərdən həyatını itirdi. 25 ildən çox yataqxanada yaşamışıq. Amma heç zaman ümidimizi itirməmişik. Hər zaman prezidentimizə inanmışıq”.

Hicarət Quliyeva qeyd edib ki, doğma yurda qayıtmaq onlar üçün böyük sevincdir: “İndi doğma yurdumuza qayıdırıq. İstəyim budur ki, gənclərimiz də doğma torpaqlarımıza qayıtsın, orada işləsinlər, yurdumuzu dirçəltsinlər, cənab prezidentimizin üzünü ağ etsinlər”.

Seçilən
30
teleqraf.com

1Mənbələr