AZ

Din xadimi çatışmırdı, süni intellektlə düzəltdilər Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Yaponiyada tədqiqatçılar rahib çatışmazlığı probleminə texnoloji həll təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, Kyoto Universiteti nəzdində fəaliyyət göstərən Cəmiyyətin Gələcəyi İnstitutunun professoru Seici Kumaqainin rəhbərliyi ilə süni intellektlə işləyən “Buddharoid” adlı humanoid robot hazırlanıb.

Buddist məbədində keçirilən təqdimatda ictimaiyyətə nümayiş etdirilən “robot rahib” buddist müqəddəs kitabları əsasında təlim keçib. Qurğu Çində istehsal olunan “Unitree G1” modeli üzərində qurulub və “BuddhaBotPlus” proqram təminatı ilə təchiz edilib.

Ənənəvi buddist geyimində ayaqlarını çarpazlayaraq oturan robot dini mərasimlər zamanı duaları yerinə yetirə, hərəkət edə və jestlər göstərə bilir. Bununla yanaşı, inkişaf etmiş dil modeli sayəsində ziyarətçilərlə ünsiyyət qurur və dini mövzularda sualları cavablandırır. Təqdimat zamanı jurnalistin sualına cavab verən robot buddist təlimlərinə uyğun olaraq zehni sakitləşdirməyi tövsiyə edib.

Universitet nümayəndələri bildiriblər ki, bu texnologiya gələcəkdə insan rahiblərə ənənəvi ayinlərdə yardımçı ola və ya bəzi funksiyaları tam şəkildə icra edə bilər.

Yaponiyada əhalinin qocalması və din xadimlərinin sayının azalması fonunda “Buddharoid”in dini mühitdə yeni mərhələnin başlanğıcı ola biləcəyi qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
qafqazinfo.az

1Mənbələr