AZ

Pakistan Əfqanıstana hava hücumlarını təsdiqləyib

Pakistanın informasiya naziri Attaulla Tarar ölkənin Hərbi Hava Qüvvələrinin paytaxt bölgəsi də daxil olmaqla, Əfqanıstanda bir neçə hərbi hədəfə zərbə endirdiyini açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə PTV-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hava zərbələri Əfqanıstan qüvvələrinin Kabil, Qəndəhar və Paktiyadakı əsas obyektlərinə endirilib.

O, əlavə edib ki, bir neçə briqada və korpus qərargahı, sursat anbarları və logistika mərkəzləri dağıdılıb.

Daha əvvəl bildirilib ki, Kabil sakinləri Əfqanıstan paytaxtının müxtəlif ərazilərində güclü partlayışlar və təyyarə mühərriklərinin səsi barədə məlumat verirlər. Bu barədə "TOLO News" telekanalı məlumat yayıb. İtki və ya hər hansı ziyan barədə məlumat verilməyib.

Qeyd olunur ki, Pakistan-Əfqanıstan sərhədində genişmiqyaslı hərbi toqquşmalar 26 fevralda başlayıb.

Seçilən
51
far.az

1Mənbələr