AZ

Serbiya XİN: Vuçiçə qarşı sui-qəsd cəhdi ölkənin sabitliyinə ciddi təhlükəsizlik çağırışıdır

Serbiya Prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi yalnız bir şəxsə deyil, bütün ölkənin sabitliyinə ciddi təhlükəsizlik çağırışıdır.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç sui-qəsdi planlaşdırdığı iddia edilən bir qrup şəxsin saxlanılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, belə mühitin formalaşmasına səbəb olan atmosfer yenidən nəzərdən keçirilməlidir.

M.Duriç, eyni zamanda, Serbiyanın milli maraqlarına daim sadiq qaldığını, xalqının və dövlət mövqeyinin müdafiəsi uğrunda çalışdığını vurğulayıb. Həmçinin əlavə edib ki, cari ildə iqtisadiyyat, xarici siyasət və ölkənin ümumi inkişafı sahəsində yeni nəticələrin əldə olunacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya Prezidentinə və onun ailəsinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər həbs edilib.

Seçilən
35
far.az

1Mənbələr