AZ

Zelenski: Ukrayna, ABŞ və Rusiyanın növbəti danışıqları martda Əbu-Dabidə keçirilə bilər

Kiyev, Vaşinqton və Moskva arasında növbəti üçtərəfli danışıqlar martın əvvəlində Əbu-Dabidə keçiriləcək.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bəyan edib.

"Çox güman ki, növbəti görüş Əmirliklər (BƏƏ - red.) – məhz Əbu-Dabidə olacaq. Biz görüşün martın əvvəlində baş tutacağına ümid edirik. Real təhlükəsizlik zəmanətləri üçün əldə olunan hər şeyi yekunlaşdırmaq və liderlər səviyyəsində görüş hazırlamaq lazımdır. Məhz belə format çox şeyi həll edə bilər", - o deyib.

Seçilən
49
far.az

1Mənbələr