AZ

Pakistan sərhəd döyüşlərində Əfqanıstanın 72 hərbçisinin öldüyünü bildirir

Bakı, 27 fevral, AZƏRTAC

Pakistanla sərhəddə baş verən toqquşmalarda ən azı 72 Əfqanıstan hərbçisi həlak olub, daha 120 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan hökumətinin sözçüsü Müşərrəf Zeydi məlumat verib.

Onun sözlərinə görə, cümə günü yerli vaxtla saat 02:00-a olan məlumata əsasən, Pakistan ordusu Əfqanıstanın 16 sərhəd postunu məhv edib, daha yeddi postu isə nəzarətə götürüb.

Bildirilib ki, tanklar, artilleriya qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla Əfqanıstanın 36 hərbi texnikasına ziyan dəyib.

Seçilən
38
2
azertag.az

5Mənbələr