AZ

"Daha məşhur komandalar "Qarabağ"ın uğuruna nail ola bilmədi"

"Daha məşhur komandalar "Qarabağ"ın cari mövsümdə Çempionlar Liqasındakı uğuruna nail ola bilməyiblər".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK rəsmisi Azərbaycan təmsilçisinin turnirin pley-off mərhələsinədək irəliləməsinə münasibət bildirib:

"Qarabağ" bu mövsüm çox böyük uğura imza atıb. Liqa mərhələsinə vəsiqə qazanmaq və daha sonra pley-offa yüksəlmək həqiqətən böyük nailiyyətdir.

"Qarabağ"dan məşhur olan komandalar buna nail ola bilməyiblər. Təmsilçimizin cari mövsüm UEFA Çempionlar Liqasındakı çıxışını çox yüksək qiymətləndirirəm".

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Seçilən
17
sportinfo.az

1Mənbələr