ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-də Virciniya ştatından olan ev atı rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın yaşayan ən qoca atı kimi tanınıb.
Oxu.Az bu barədə UPI-yə istinadən xəbər verir.
Peyc Siqmon Blumerə məxsus "Fensi" ləqəbli at 37 yaş 329 günə çatıb. Sənədlərə əsasən, heyvan 1 aprel 1988-ci ildə doğulub.
Qadın ev heyvanının yaşını təsdiqləyən sənədləri təqdim etdikdən sonra heyvan rəsmi olaraq rekordçu kimi tanınıb.
















Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.