AZ

Hindistanda namaz qılan yaşlı müsəlman vəhşicəsinə DÖYÜLDÜ – VİDEO

Hindistanda namaz qılan yaşlı müsəlman vəhşicəsinə döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

Hindistanın Uttarakhand ştatının Rudrapur şəhərində Bilal adlı yaşlı müsəlman kişi açıq sahədə namaz qılarkən amansız hücuma məruz qalıb.

Hücum edən şəxsin yerli hindu məbədlərindən birinin idarəçisi Arvind Şarma olduğu müəyyən edilib.

O, ibadət edən yaşlı kişini təpikləyərək ona qarşı ağır təhqirlər səsləndirib:

“Brahmanların torpağında namaz qılmağa necə cürət edirsən?”.

Bununla da kifayətlənməyən hücumçu, yaşlı kişini zorla hindu dini şüarlarını qışqırmağa məcbur edib.

Hadisə bölgədə ciddi narazılığa və dini gərginliyə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
30
interpress.az

1Mənbələr