ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, bu çərçivədə baş tutan "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya) matçı qonaqların qalibiyyəti ilə yekunlaşıb - 0:1.
İlk matçda almanlar səfərdə rəqibini 1:4 hesabı ilə məğlub etdiklərinə görə, "Ştutqart" iki görüşün yekununda (4:2) adını 1/8 final mərhələsinə yazdırıb.
"Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) mübarizəsində əsas vaxt 0:1 hesabı ilə başa çatıb. Tərəflər arasında ilk görüş Serbiya təmsilçisinin 0:1 hesablı qələbəsi ilə yekunlaşdığına görə, iki oyunun nəticəsində hesab bərabərləşib - 1:1. "Lill" matça əlavə edilmiş hissələrdə daha bir dəfə fərqlənərək 0:2 hesablı qələbə qazanıb və 1/8 final mərhələsinə çıxıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 2:0 (ilk oyun 1:2);
"Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)- 1:1 (penaltilərdə 3:4) (2:2).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.