AZ

Danışıqlardan sonra Əraqçidən ilk açıqlama

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlarda irəliləyiş olduğunu, lakin bəzi məsələlərdə fikir ayrılıqları qaldığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, Əraqçi Cenevrədə ABŞ ilə danışıqların başa çatmasından sonra İran dövlət televiziyasına müsahibə verib. 

"Deyə bilərəm ki, bu gün ən ciddi və ən uzun danışıqlarımızdan biri baş tutdu. Ümumilikdə, bu uzun və çox gərgin saatlarda yaxşı irəliləyiş əldə edildi və həm nüvə sahəsində, həm də sanksiyalar sahəsində razılaşma elementlərinin ciddi şəkildə araşdırılmasına başlanıldı. Bəzi məsələlərdə razılaşma çox yaxın idi. Əlbəttə ki, fikir ayrılıqları hələ də mövcuddur, lakin hər iki tərəf əvvəlki ilə müqayisədə danışıqlar yolu ilə həll yoluna çatmaq üçün daha ciddi yanaşma nümayiş etdirir.

Növbəti danışıqlar mərhələsinin yaxın gələcəkdə, ehtimal ki, bir həftə ərzində baş tutacağına qərar verildi".

Seçilən
14
1
unikal.az

2Mənbələr