AZ

Avropa Makronu təhlükə elan etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Serbiyalı deputat Aleksandr Paviç Emmanuel Makronun Fransanın nüvə doktrinasında dəyişikliklərlə bağlı açıqlamalarını təhlükəli addımlar kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, o, bu bəyanatları “çox təhlükəli oyunlar” adlandıraraq, Avropada hərbi-siyasi gərginliyin artması riskinə diqqət çəkib.

Paviçin sözlərinə görə, eyni vaxtda Almaniyanın yenidən silahlanması istiqamətində addımların atılması da narahatlıq doğurur. O, həmçinin Volodimir Zelenskinin də müxtəlif siyasi və hərbi strategiyalarla ölkəsinin mövqeyini gücləndirməyə çalışdığını bildirib.

Deputat hesab edir ki, bu proseslərin məqsədi ABŞ siyasətində təsir yaratmaq və xüsusilə Donald Tramp və ya onun siyasi varislərinin seçki yarışlarında məğlub olmasına nail olmaqdır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr