“Mançester Yunayted” Roberto Martinesi komandanın yeni baş məşqçisi təyin etməyi düşünür.
İdman.Biz bildirir ki, ispaniyalı məşqçi “Qırmızı şeytanlar”ın namizədlər siyahısındadır, çünki onun Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılacağı gözlənilir. Bu barədə jurnalist Ben Ceykobs sosial media səhifəsi X-də məlumat verib.
52 yaşlı mütəxəssis 2023-cü ilin yanvar ayından bəri Portuqaliya millisinə rəhbərlik edir. Martinesin hazırkı müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədərdir. Onun rəhbərliyi altında Portuqaliya 2025-ci il Millətlər Liqasının qalibi olub.
Hazırda “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikdir. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.