AZ

Meyxanaçı Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir

Meyxanaçı Vahid Qədimin Rusiya-Ukrayna döyüşlərində itkin düşdüyü deyilir

İddiaya görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, əslən azərbaycanlı, meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.

AFN.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında bildirib.

“Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib. Bir müddət öncə KİV-də məlumat yayılmışdı ki, meyxanaçı Vahid Qədim Rusiyada sevgilisini bıçaqlayıb”, - deyə bloqer qeyd edib.

Qeyd edək ki, V.Qədimin Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi və bunun üçün saxlanıldığı haqda xəbərlər yayılmışdı. Moskvada həmkarı Mehman Əhmədli onunla bir araya gələrək yayılan xəbərləri təkzib etmişdi.

Lakin meyxanaçı sonradan verdiyi açıqlamalarda hadisə ilə bağlı polis tərəfindən dindirildiyini, lakin xəsarətin özünəqəsd nəticəsində baş verdiyini iddia etmişdi. Hazırda onun döyüş bölgəsindəki taleyi ilə bağlı rəsmi məlumat yoxdur.

Seçilən
18
13
afn.az

10Mənbələr