AZ

Kim Çen In Şimali Koreyanın nüvə silahı yarışına qoşulduğunu elan etdi

Şimali Koreyanın nüvə silahlarının sayını artırmağa və onlardan istifadə üçün vasitələri və infrastrukturu genişləndirməyə yönəlmiş uzunmüddətli nüvə qüvvələrini gücləndirmək planı var.

Bunu Şimali Koreya lideri Kim Çen In fevralın 26-da ölkənin hakim partiyasının qurultayında çıxış edərkən bildirib. “Düşmən ölkəmizə qarşı hərbi əməliyyatlar həyata keçirərsə, istənilən vaxt cavab hücumları edə biləcəyimizi açıq şəkildə bildirməliyik”. Agentlik əlavə edib ki, Şimali Koreya lideri “yerüstü və sualtı dəniz qüvvələrinin nüvə silahlarına diqqət yetirərək dəniz əməliyyat imkanlarının sürətli və davamlı şəkildə təkmilləşdirilməsinə böyük əhəmiyyət verib”.
Kim Çen In vurğulayıb ki, beş illik planda daha güclü qitələrarası ballistik raketlər, süni intellektə əsaslanan müxtəlif pilotsuz sistemlər və düşmən komandanlıq mərkəzlərini iflic etmək üçün elektron müharibə sistemləri hazırlanacaq.

Eyni zamanda, Şimali Koreya lideri ABŞ ilə münasibətlərin yaxşılaşdırılması ehtimalını dilə gətirib. “Əgər ABŞ Koreya Xalq Demokratik Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi milli statusumuza hörmətlə yanaşsa və bizə qarşı düşmənçilik siyasətindən əl çəksə, ABŞ ilə dinc yanaşı yaşaya bilməməyimiz üçün heç bir səbəb yoxdur”, – deyə o bildirib. Koreya liderinin sözlərinə görə, ölkələr arasında münasibətlərin perspektivləri tamamilə ABŞ-ın mövqeyindən asılıdır. “İstər dinc yanaşı yaşamaq, istərsə də əbədi qarşıdurma olsun – biz bütün ehtimallara hazırıq, amma seçim bizim deyil”, – deyə Şimali Koreya lideri vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr