AZ

Çin XİNİ-i İran – ABŞ qarşıdurması haqqında

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi İran və ABŞ arasındakı münaqişənin hərbi təcavüzə çevrilməyəcəyinə ümid etdiyini bildirib.

Bu açıqlamanı nazirliyin informasiya üzrə direktor müavini Mao Ninq verib. “Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər.”, — Mao Ninq deyib. Diplomatın sözlərinə görə, Çin İran məsələsinin bütün aspektlərini və əlaqəli ölkələrin hərəkətlərini yaxından izləyir. Mao həmçinin əlavə edib ki, Çin böyük bir güc olaraq qlobal məsələlərdə iştirak etməyə hazırdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb və İran-Çin dostluğunu bir daha təsdiqləyib. “Çin milli sabitliyin təmin edilməsində və onların qanuni hüquq və mənafelərinin qorunmasında İran hökumətini və xalqını dəstəkləyir.”, — Mao Ninq vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr