İnternet platformalarında ictimai davranış qaydalarını pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri nəzərdə tutulur. Bəs bu əməllərə yol verən şəxslərə qarşı hansı cərimə və ya digər cəza tədbirləri tətbiq edilə bilər?Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, belə davranışlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin ikinci bəndinə əsasən inzibati məsuliyyət yaradan əməl hesab olunur: “Belə ki, internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə bu cür davranışlar cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilir. Həmin şəxslər barəsində 500 manatdan 1000 manatadək inzibati cərimə və ya şəxsiyyətləri nəzərə alınmaqla bir ayadək müddətə inzibati qaydada həbs tətbiq oluna bilər. Əgər bu əməl il ərzində təkrar törədilərsə, bu halda Məcəllənin 510.3-cü maddəsinə əsasən 1000 manatdan 2000 manatadək inzibati cərimə və ya bir aydan iki ayadək inzibati qaydada həbs nəzərdə tutulur”. Sevinc İbrahimzadə / Metbuat.az