AZ

Su xətti partladı, aidiyyəti qurumlar məsələyə baxmır- ŞİKAYƏTVİDEO

İçməli su küçəyə axır... Sakinlər küçədə çətinliklə gəzir...

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yaşayan bir qrup sakin "Xəzər Xəbər"ə müraciət ediblər. Onların sözlərinə görə içməli su xəttində nasazlıq yaranıb və su küçəyə axır. Müvafiq qurum tərəfindən məsələyə baxılmadığı bildirilir.

Hətta sözügedən məsələyə görə, ərazidə suyun istifadəsində problemlər yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Sabunçu Rayon Sukanal İdarəsinə bu barədə məlumat verilib. Qəza briqadası tərəfindən xəttə baxış keçiriləcək. Borunun istismar vəziyyəti barədə məlumat araşdırılıb, lazımi tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
1
xezerxeber.az

2Mənbələr