AZ

Fransanın təyyarədaşıyan gəmisinə doğru uçan dron zərərsizləşdirilib

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa Silahlı Qüvvələri "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə doğru uçan PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

Bu barədə LCI telekanalı Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə İsveç sahillərində, Malmö şəhəri yaxınlığında baş verib. Fransa hərbçiləri dronun İsveç Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini və elektron əks-tədbir sistemini işə saldığını açıqlayıb.

Dronun qalıqları hələ tapılmayıb və hansı ölkəyə aid olması ilə bağlı heç bir məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
6
icma.az

8Mənbələr