AZ

QHT sədri: "Su təminatı artarsa, istehsal və ixrac da genişlənər"

Digər mühüm məsələ ondan ibarətdir ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkar üçün su təminatı əsas şərtdir. Su bol və vaxtında təmin olunarsa, istehsal artar, ixrac imkanları genişlənər və bu da onların sosial rifahının yüksəlməsinə xidmət edər.

Bu fikirləri "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün sahələr bir-biri ilə sıx bağlıdır. Kənd sakini və ya iri-xırda sahibkar olmasından asılı olmayaraq, ilk növbədə su təminatı olmalıdır:

"Nəzərə alsaq ki, gübrə və yem də bahadır, həmçinin iri və xırdabuynuzlu heyvanlar üçün yetişdirilən yoncalıqlar da su ilə böyüyür, su problemi bütün sahələrə təsir edir. Buna görə də, orta səviyyəli quraqlıq belə kənd təsərrüfatında acınacaqlı vəziyyət yarada bilər".

Seçilən
12
qht.az

1Mənbələr