AZ

Madrid şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinintəşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü münasibətiləİspaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Madrid ComplutenseUniversitetində “Dəyişən dünyada xarici fəaliyyət: sülh gündəliyivə Azərbaycanın regional və qlobal siyasəti” mövzusunda tədbirkeçirilib.

Trend bu barədəsəfirliyə istinadən xəbər verir.

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri,eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.

Sözügedən tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyiuğrunda həlak olmuş şəhidlərin və Xocalı qurbanlarının xatirəsininbir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxışlarda 1992-ci ilin fevralında baş vermiş Xocalıhadisələrinin ağır humanitar nəticələri diqqətə çatdırılıb, dincəhaliyə qarşı törədilmiş zorakılıq aktlarının beynəlxalq humanitarhüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Xocalıhəqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildəçatdırılmasının, tarixi yaddaşın qorunmasının və bu kimi faciələringələcəkdə təkrarlanmaması üçün sistemli fəaliyyətin davametdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşındasilinməz iz qoymuşdur və hər il 26 fevral - Xocalı Soyqırımı Günüölkə daxilində və xaricdə silsilə anım tədbirləri keçirilir.Diqqətə çatdırılıb ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlarbu hadisələrə soyqırımı və insanlıq əleyhinə cinayət kimihüquqi-siyasi qiymət vermişlər.

Tədbir çərçivəsində Azərbaycanın regionda davamlı sülhün vəsabitliyin təmin olunması istiqamətində həyata keçirdiyitəşəbbüslər, eləcə də mövcud regional reallıqlar barədə məlumattəqdim olunub. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tamtəmin edilməsinin regionda yeni mərhələnin formalaşmasına zəminyaratdığı vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan sülh gündəliyini ardıcılvə konstruktiv şəkildə irəli aparır, xalqımıza qarşı törədilmişcinayətlərin unudulmasına yol verilmir və qurbanların əziz xatirəsidaim ehtiramla yad edilir.

Tədbirin yekununda tanınmış fotojurnalist Reza Deqatinin Xocalıfaciəsi və müharibənin acı nəticələrini əks etdirənfotoşəkillərindən ibarət kitabı Universitet rəhbərliyinə təqdimedilib.

Madrid
Madrid
Madrid
Madrid
Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr