AZ

QHT sədri: Quraqlıq daxili bazarın təminatını daha da çətinləşdirir

"Quraqlığın kənd təsərrüfatına vurduğu ziyan çox böyük olur. Məhsuldarlıq aşağı düşür və daxili bazarın təminatı çətinləşir. Hələ kənd təsərrüfatı məhsullarının ixracından danışmırıq, əsas problem daxili bazarın və daxili tələbatın ödənilməsidir".

Bu fikirləri "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda da daxili bazarın kənd təsərrüfatı məhsulları ilə təmin olunma səviyyəsi yüksək deyil. Quraqlıq nəticəsində məhsul itkisi 25–50 faiz təşkil edərsə, bu, qlobal ərzaq təhlükəsizliyi üçün daha ciddi təhlükə yarada bilər:

"Xüsusilə yaşıl enerjiyə keçid dövründə su ehtiyatlarının qorunması, su israfının azaldılması, suyun təmizlənməsi və qrunt sularının yenidən emal edilərək əkin sahələrinə yönləndirilməsi çox vacibdir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar – fərdi sahibkarlar, ailə biznesləri – ən çox su çatışmazlığından əziyyət çəkirlər. Xüsusilə ucqar kəndlərdə su təminatının zəif olması əsas problemlərdəndir və bu məsələ mütləq həllini tapmalıdır ki, həm daxili, həm də xarici bazar ərzaqla təmin oluna bilsin".

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
14
qht.az

1Mənbələr