AZ

İşıqforda dayanan iki avtomobil yerin altına DÜŞDÜ – VİDEO

ABŞ-də İşıqforda dayanan iki avtomobil yerin altına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Birləşmiş Ştatlarda qeyri-adi və qorxulu hadisə baş verib. İşıqforun qırmızı işığında dayanaraq növbə gözləyən iki avtomobil qəfildən yolun çökməsi nəticəsində yaranan dərin çuxura yuvarlanıb.

Hadisə zamanı avtomobillərdən birinin sürücüsü çevik tərpənərək çuxurdan müstəqil şəkildə çıxmağı bacarıb.

O, özünü xilas etdikdən sonra dərhal digər nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücünün yardımına qaçıb və onu da təhlükəli zonadan çıxarıb.

Xoşbəxtlikdən, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Hazırda ərazidə təmir-bərpa işləri aparılır və yolun çökmə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr