Gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, 26 fevral 2026-cı il tarixinə olan məlumata əsasən, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda növbə qeydə alınmayıb, “Samur” gömrük postunda isə 95 yük avtomobili növbədə gözləyir.
Gürcüstan istiqamətində “Mazımqara” gömrük postunda 27, “Qırmızı Körpü” gömrük postunda isə 250 yük nəqliyyat vasitəsi canlı növbədədir.
İran İslam Respublikası ilə sərhəddə yerləşən “Biləsuvar” gömrük postunda 180, “Astara” gömrük postunda isə 87 yük avtomobili çıxış üçün gözləyir.
Agentlik daşıyıcılara səfərlərini planlaşdırarkən mövcud vəziyyəti nəzərə almağı tövsiyə edib və operativ məlumatlandırmanın davam etdiriləcəyini vurğulayıb.
Aytac Əliyeva
Telegram kanalımız