AZ

Samir Abasov: “Bunu deyənlər boş boş danışırlar

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Çempionluğa real namizəd olan iki komanda qarşılaşacaq”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Offsideplus.az saytına açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis Misli Premyer Liqasında 22-ci turunda baş tutacaq “Qarabağ” - “Sabah” matçı haqqında fikirləini bölüşüb:

“Doğrudan da, son illərin ən maraqla gözlənilən oyunlarından biri olacaq. Hər iki komanda üçün çox əhəmiyyətli matçdır. Buna baxmayaraq, bu qarşılaşmanı son oyun kimi qəbul etmək olmaz. Qarşıdakı tmatçlarda hər iki tərəf xal itirə bilər. Mübarizə son tura qədər davam edəcək. “Sabah” “Qarabağ”a qalib gəlsə, çempionluq ab-havasına düşəcəklər və onları saxlamaq çətin olacaq. Hər iki tərəfin şansları yüksəkdir. Amma ümumilikdə “Qarabağ”ı bir qədər üstün görürəm”.

Abasov “Qarabağ”ın “Nyukasl”la oyundan sonrakı yorğunluğunun “Sabah”la matça mümkün təsirindən də danışıb:

“Bunu deyənlər boş-boş danışırlar. “Qarabağ”ın yorğun olub-olmadığını məşqçi heyəti və futbolçularından başqa heç kim dəqiq deyə bilməz. Futbolçu vacib oyunlardan birinə çıxırsa, burada yorğunluğun nə dərəcədə rol oynadığını yalnız futbolun içində olanlar bilər”.

Ötən ilin noyabrında “Neftçi” klubu ilə yollarını ayıran mütəxəssis hazırda yeni təklif almadığını da bildirib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma martın 1-də baş tutacaq. Matç  saat 19:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
olke.az

5Mənbələr