Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətindən verilən məlumata görə, Şeremetyevo və Vnukovo hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
QHT.az xəbər verir ki, Moskvada ümumilikdə dörd hava limanı fəaliyyətini dayandırıb. İdarədən bildiriblər ki, məhdudiyyətlər əvvəllər Jukovski (Ramenskoye) və Domodedovoda tətbiq olunub. Bu, uçuş təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Moskvaya yaxınlaşarkən beş dron vurulub. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
R.İmanov