AZ

İlham Əliyevin mesajları: Xalqın ürəyindən gələn çağırışlardır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz”.

Bunu Prezident İlham Əliyev fevralın 25-də Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib.

"İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik", - dövlət başçısı vurğulayıb.

“Cebheinfo.az”-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan artıq öz taleyini özü müəyyənləşdirən, müstəqil siyasət yürüdən güclü dövlətdir:

“Cənab Prezident vurğulayıb ki,  Azərbaycan güclü dövlətdir. Bu gün artıq heç kəs Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və suverenliyini əlindən ala bilməz. Çünki Azərbaycan xalqı "dəmir yumruq" kimi birləşib. Xalqımızın sağlam milli ideologiyası var və o, öz liderinə inanır”.

Eyni zamanda, hər kəs bu 35 il ərzində müstəqilliyin xalqımıza nələr qazandırdığını özü üçün bir daha yəqin etdi:

"Görünən odur ki, Azərbaycan müstəqilliyini reallığa çevirdi. Biz daxili və xarici siyasətimizi özümüz müəyyənləşdiririk. Ərazi bütövlüyümüzü də öz gücümüz hesabına bərpa etmişik”.

Deputat əlavə edib ki, Ermənistanın bu gün sülh müqaviləsi imzalamağa çalışması regionda yaranmış yeni reallıqların göstəricisidir:

“Bu gün vaxtilə Azərbaycana qarşı torpaq iddiası irəli sürən Ermənistan  sülh müqaviləsi imzalamağa çalışır. Hesab edirəm ki, bundan sonra da proseslər məhz bu istiqamətdə inkişaf edəcək. Cənab Prezidentin verdiyi mesajlar xalqın ürəyindən gələn çağırışlardır. Bu mesajlar bizi daha da gücləndirir. Bundan sonra da fəaliyyətimiz məhz bu prinsipə əsaslanacaq”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr