“Yuventus” rəhbərliyi UEFA Çempionlar Liqasındakı məğlubiyyətə baxmayaraq, baş məşqçi Luçano Spaletti ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İtaliya klubunun direktoru Corco Kyellini məlumat verib:
“Bu, klub üçün çox vacib andır. Müqavilənin uzadılması bizim prioritetlərimizdən biridir. Danışıqlar aparıb detalları tezliklə yekunlaşdıracağıq”.
“Yuventus” Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”la qarşılaşıb. “Qoca sinyora” Türkiyə klubuna ümumi hesabda 5:7 hesabıyla məğlub olaraq, mübarizədən kənarlaşdırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta