AZ

“İpəkçiliyin inkişafı və perspektivləri” kitabı nəşr olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri dosent Qüdürət Bəkirov və Tarix və epiqrafika şöbəsinin aparıcı elmi işçisi professor Firədun İbrahimovun “İpəkçiliyin inkişafı və perspektivləri” kitabı nəşr edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Kitabda Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsində uzun illər ərzində ipəkçiliyin inkişafına yönəlmiş elmi-tədqiqat işləri, aparılmış seleksiya təcrübələri və əldə olunmuş nəticələrə dair geniş materiallar təqdim olunub.

Nəşrin baş redaktoru dosent Yusif Şükürlü, elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri isə biologiya elmləri doktoru, dossent Elşad Əhmədov və aqrar elmlər üzrə fəlsəfə doktoru Qaffar Məmmədovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
azertag.az

1Mənbələr