AZ

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər onlardır

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarından sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.

Adalet.az xəbər verir ki, ad uğrunda Aleksandr Sörlot ("Atletiko"), Peter Hage ("Bodo-Qlimt"), Orelyen Çuameni ("Real") və Viktor Osimhen ("Qalatasaray") mübarizə aparacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğuda bəlli olacaq.

Seçilən
32
adalet.az

1Mənbələr