AZ

Ümumdünya İqtisadi Forumunun direktoru Epşteyn işi ilə bağlı ifşalardan sonra istefa verib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

Norveçli Börge Brende Epşteyn işi ilə bağlı sənədlərdə adının hallanmasından sonra Ümumdünya İqtisadi Forumunun rəhbəri vəzifəsindən istefa verib.

AZƏRTAC “Ekstra Bladet” qəzetinə istinadla xəbər verir ki, Ümumdünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börge Brendenin mərhum milyarder və cinayətkar Cefri Epşteynlə bir neçə dəfə görüşdüyü məlum olandan sonra o, vəzifəsini tərk edir.

“Reuters” agentliyinin məlumatına görə, bu barədə Börge Brende özü yazıb.

Norveçin sabiq xarici işlər naziri olmuş Börge Brende 2017-ci ildən Ümumdünya İqtisadi Forumuna rəhbərlik edir.

“Diqqətlə düşündükdən sonra Ümumdünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru vəzifəsindən getmək qərarına gəldim”, – deyə Brende yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
azertag.az

2Mənbələr