AZ

"Tehran və Vaşinqton arasında "təcili razılaşma" mümkündür" - Xameneinin baş müşaviri

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şamxani bildirib ki, danışıqlar İranın nüvə silahı hazırlamaması ilə məhdudlaşarsa, Tehran və Vaşinqton arasında "təcili razılaşma" mümkündür.

Redaktor.az xəbər verir ki, bunu Şamxani bunu öz feysbuk səhifəsində yazıb.

O bildirib ki, "danışıqlarda əsas məsələ İranın nüvə silahı hazırlamaması ilə bağlıdırsa, bu, liderin fətvasına və İranın müdafiə doktrinasına uyğundur və dərhal razılaşma əldə etmək mümkündür".

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri həmçinin qeyd edib ki, Cenevrədə olan İran xarici işlər naziri Əbbas Əraqçinin "belə bir razılaşma bağlamaq üçün kifayət qədər dəstəyi və səlahiyyəti" var.

ABŞ administrasiyası isə İranın heç vaxt uranı zənginləşdirməsinə və ya nüvə silahı hazırlamasına icazə verilməməli olduğunda israrlıdır. İran isə nüvə silahı hazırlamayacağını, lakin nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququna malik olduğunu bildirir.

ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqların üçüncü raundu fevralın 26-da Cenevrədə keçiriləcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr