Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"İlk növbədə burada aeroport yerləşir və strateji obyekt hesab olunur. Digər tərəfdən isə azərbaycanlılara qarşı divan tutmaqla, xalqın gözünü qorxutmağa və ordunun mənəvi-psixoloji durumunu sarsıtmağa yönəlmiş hərəkətlər kimi Xocalı şəhərinin işğalı nəzərdən keçirilirdi. Eyni zamanda burada çox hiyləgər və insanlığa sığmayan addımla əliyalın qadın, qoca, uşaqlar pusquya salındı və hamısı qətlə yetirildi. Onların qətlə yetirilməsindən sonra da vəhşiliklər törədilmişdir və bu da mütləq hazırkı reallıqlarda unudulmamalıdır.
Biz öz tariximizi unutmuruq. Tariximizə sahib çıxırıq, onu təbliğ edirik. Tarixin qaranlıq və faciəvi səhifələrini araşdırırıq, tədqiq edirik, gənc nəsillə ötürürük. Lakin, şübhəsiz ki, ölkəmiz üçün yeni bir dövr başlayıb. Bu da qalib ölkəmizin həyata keçirdiyi siyasi fəaliyyətdə özünü göstərir. Lakin düşünürəm ki, Azərbaycan dövləti daim başımıza gələn müsibətlər və faciələrlə bağlı tarixi unutmayacaq və bunun geniş təbliği, "Xocalıya ədalət" kampaniyası və bu qəbildən olan silsilə tədbirlər davam etdiriləcəkdir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31