Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müavinətləri istənilən bankdan almaq mümkün olacaq.
Müavinətləri istənilən bank vasitəsilə ala bilməsi üçün bank seçimində sərbəstliyin tətbiqi planlaşdırılır.
Bununla bağlı bank sektoru və aidiyyəti qurumlar tərəfindən texniki və təşkilati hazırlıq işləri görülür.
Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və bu məsələ 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da əksini tapıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com Azərbaycan Banklar Assosasiyasına sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki,2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq sosial ödənişlərin və əməkhaqlarının vətəndaşların öz seçdikləri bank hesabına yönləndirilməsi istiqamətində bank sektoru və aidiyyatı dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri həyata keçirilir.
"Layihə mərhələli yanaşma əsasında qurulur və ilkin mərhələdə əməkhaqqı ödənişlərinin vətəndaşın seçim hüququ əsasında icrası prioritet istiqamət kimi müəyyən olunmuşdur. Hazırda modelin formalaşdırılması və inteqrasiya mexanizmlərinin razılaşdırılması istiqamətində işlər davam edir.
Bu təşəbbüsün əsas məqsədi vətəndaş məmnuniyyətinin artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin gücləndirilməsidir.
Sosial ödənişlərin və əməkhaqlarının vətəndaşların öz seçdikləri bank hesabına yönləndirilməsi banklararası rəqabəti artırmaqla xidmət haqları və komissiyalara da təsir edəcəyi düşünülür. Layihənin reallaşdırılmasında əsas məqsədlərdən biri də uzunmüddətli perspektivdə xidmət keyfiyyətinin yüksəlməsinə və bazar şərtlərinə uyğun daha çevik yanaşmaların formalaşmasına nail olmaqdır",-deyə açıqlamada qeyd olunub.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.