AZ

"Yuventus" Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Yuventus" klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

"Far.Az" xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

"Yuventus"un yetirməsi olan Karlo Pinsolyo 2010-cu ildən əsas komandanın heyətində yer alır. Bu vaxtadək müxtəlif komandalara icarəyə verilən qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 matça çıxıb.

Seçilən
15
1
far.az

2Mənbələr