İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ-də məşq zamanı bədbəxt hadisə baş verib. 14 yaşlı yeniyetmə 190 kiloqram çəkisi olan ştanqın altında qalıb. Ağır çəki dərəcəli idman aləti qəfildən gəncin üzərinə aşaraq onu ağır vəziyyətdə qoyub.
Məlumata görə, yeniyetmə möcüzə nəticəsində sağ qalıb. Lakin ştanqın yaratdığı böyük təzyiq nəticəsində onun daxili orqanlarının və sümüklərinin nə dərəcədə zədələndiyi hələlik tam məlum deyil.
