Almaniyanın xarici işlər naziri Yoxann Vadefulun Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən ikinci dərəcəli "Şərəf" ordeni ilə təltif edilməsi müsbət qarşılanmayıb.
Publika.az xəbər verir ki, Almaniyanın "Die Welt" portalının oxucuları bu addımı kəskin şəkildə pisləyiblər.
Nəşrin müəllifləri qeyd ediblər ki, mükafatlandırma qaydalarına uyğun olaraq, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri birinci dərəcəli orden almalı idi.
"Bu, Vadefulun üzünə bir şillədir. Görünür, o, daha səxavətli olmalıdır!", - Gerd M. adlı oxucu yazıb.
İstifadəçi Baltar isə məsələyə daha sərt yanaşıb: "Əlbəttə ki, siyasətçilərimizin vergi ödəyicilərinin pullarını səxavətlə xərcləmələri ilə təriflənməsi "xoş"dur. Məktəblər dağılır, ərzaq və mənzil qiymətləri daim artır. Bununla belə, Ukrayna üçün hər şeyimiz var".