AZ

Bu universitet nazirlər yetişdirir FOTOLAR

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizin ən qədim ali məktəblərindən biri də Azərbaycan Dövlət İqtisad Universitetidir. 96 yaşlı bu qədim təhsil ocağının məzunları müstəqil dövlətimizin möhkəmlənməsində və tərəqqisində yaxından iştirak edirlər.Demokrat.az xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin adı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının siyahısına qızıl hərflərlə həkk olunub. Ulu Öndər bu nüfuzlu təhsil müəssisəsindən 1957-ci ildə məzun olub. Hazırda hökümət üzvləri arasında, icra orqanlarında, parlamentdə və digər strateji müəssisə və təşkilatlarda Azərbaycan Dövlət İqtisad Universitetinin çoxlu sayda məzunu təmsil olunur. Həmin şəxslərin bəzilərinin adlarını təqdim edirik:⁠Şahin Mustafayev, Azərbaycan Respublikasının Baş nazirinin müavini

⁠ ⁠Kərəm Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi

⁠ ⁠Natiq Əmirov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi

⁠Ramin Quluzadə, Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri

⁠ ⁠Muxtar Babayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi

⁠ ⁠Mikayıl Cabbarov, İqtisadiyyat naziri

⁠⁠Ceyhun Bayramov, Xarici işlər naziri

⁠ ⁠Məcnun Məmmədov, Kənd təsərüffatı naziri

⁠ ⁠Fərid Qayıbov, Gənclər və idman naziriRövşən Nəcəf, Dövlət Neft Şirkətinin prezidentiVüsal Hüseynov, Dövlət Miqrasiya Xidmətinin rəisiVüqar Gülməmmədov, Hesablama Palatasının sədriƏfqan Cəlilov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədriQeyd edək ki, Milli Məclisin 10-a yaxın deputatı, 2 icra başçısı, 3 rektor, bir neçə bank müdiri və şirkət direktoru da Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
3
demokrat.az

4Mənbələr