AZ

Şahin Zeynalov: “Sabah” Gürcüstandakı beynəlxalq turnirdə böyük təcrübə qazandı”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Sabah” klubunun 13 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə böyük təcrübə, həm də gələcək uğurlar üçün ciddi motivasiya qazanıb.

Bunu adıçəkilən komandanın baş məşqçisi Şahin Zeynalov deyib.

O, “Kobuleti Winter Cup” turnirində gümüş medal qazanmaları barədə danışıb.

“Yarışa çox inamlı başladıq. Qrup mərhələsində ilk iki oyunda böyükhesablı qələbələr qazandıq, üçüncü görüşdə isə heç-heçə etdik. Bu nəticələrlə qrupdan çıxdıq və pley-off mərhələsinə yüksəldik. Pley-offda da uşaqlar xarakter göstərdilər. Həm 1/4 finalda, həm də yarımfinalda inamlı qələbələr qazanaraq finala vəsiqə əldə etdik. Final oyunu çox gərgin keçdi. Əsas vaxt qolsuz bərabərliklə başa çatdı və qalib penaltilər seriyasında müəyyənləşdi. Təəssüf ki, bu mərhələdə şans bizim tərəfimizdə olmadı və turniri ikinci yerdə tamamladıq”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

Mütəxəssis komandası ilə fəxr etdiyini söyləyib:

“Komanda turnir boyu əzmkarlıq, intizam və mübarizə ruhu nümayiş etdirdi. Bu yarış bizim üçün həm böyük təcrübə, həm də gələcək uğurlar üçün ciddi motivasiya oldu. Uşaqlar meydanda həqiqətən xarakter göstərdilər. Biz onlarla fəxr edirik”.

Qeyd edək ki, “Sabah” həlledici matçın penaltilər seriyasında yerli “Vazisubani” kollektivinə oyunsonrası penaltilər seriyasında uduzub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
icma.az

3Mənbələr