Bakı. Trend:
Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinə və innovativ həllərəəlçatanlığın artırılması imkanları müzakirə olunub.
Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov AzərbaycanFintex Assosiasiyasına (AzFina) üzv olmayan təşkilatlarınnümayəndələri ilə görüşüb.
Görüş çərçivəsində fintex ekosisteminin institusional inkişafistiqamətləri, eləcə də rəqəmsal maliyyə xidmətlərinə və innovativhəllərə əlçatanlığın artırılması imkanları müzakirə olunub.
Müzakirə zamanı Mərkəzi Bank tərəfindən maliyyə texnologiyalarısektorunun inkişafını dəstəkləyən prioritet istiqamətləri vəstrateji təşəbbüsləri olan Açıq bankçılıq, paylanılmış “Özmüştərini tanı” konsepsiyası və “Kriptoaktivlər bazarı haqqında”qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə,AÖS ödənişlər sisteminin yaratdığı imkanlar və xüsusi tənzimləmərejiminin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin təşkilatların qarşılaşdığı çətinliklərdinlənilib, təşkilatların birgə fəaliyyətinin və qarşılıqlıkommunikasiyasının gücləndirilməsinin zəruriliyi qeyd olunub.