AZ

Bütün bürclərin nəzərinə: Bu gündən başladı, təsiri bir neçə gün davcam edəcək

Bütün bürclərə təsir edəcək Merkuri retroqradı bu gün başlayıb.

Publika.az xəbər verir ki, türkiyəli astroloq Dinçer Günerin sözlərinə görə, bu təsir bir neçə gün davam edəcək.

Astroloq bildirib ki, bu dövr içinizdəki keçmiş yaraları sağaltmaq üçün əla fürsətdir. Keçmiş sevgililər və ya dostlar birdən ağlınıza gələ bilər. Keçmiş sevgilinizdən mesaj ala və onunla barışa bilərsiniz. Bu dövrdə söhbətlər daha yumşaq və daha anlayışlı olacaq.

Keçmişdə itirdiyiniz dəyərli bir şey tapa bilərsiniz. Məsələn, bir az pul və ya sentimental dəyəri olan bir əşya ola bilər.

Əgər işiniz yaradıcılıqla bağlıdırsa, bu günlərdə iş tapacaqsınız. Yarımçıq qoyduğunuz layihələri bitirə bilərsiniz.

Seçilən
5
28
publika.az

10Mənbələr