AZ

"Kəpəz" və "Sabah" intizamsızlığa görə maddi ziyana düşdülər

AFFA-nın İntizam Komitəsi tərəfindən "Kəpəz" və "Sabah" komandalarına qarşı cərimə sanksiyaları tətbiq olunub.

Redaktor.az-ın məlumatına görə, müvafiq qərar komitənin iclası zamanı verilib.

Əvəzedicilər Liqasının XVII turu çərçivəsində "Kəpəz-2"nin üzvü Nihad İsaqov rəqibi təhrik etməsi və aqressiv hərəkətlərinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Nəticədə futbolçu 6 oyunluq diskvalifikasiya edilib, klub isə 300 manat məbləğində cərimə ödəyəcək.

Həmin qarşılaşmada "Sabah-2" komandasının oyunçusu Həmzəalı Mikayılov da qayda pozuntusuna yol verib. Təcavüzkar hərəkətlərinə görə birbaşa qırmızı vərəqə alan futbolçu növbəti iki görüşdə iştirak edə bilməyəcək. Bu səbəbdən Bakı təmsilçisi 150 manat cərimələnib.

Əlavə olaraq, "bayquşlar"ın məşqçisi Din Haliloviç hakimin idarəçiliyinə etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və ikioyunluq cəza ilə üzləşib. Məşqçinin bu hərəkəti "Sabah" klubuna 500 manatlıq cərimə bahasına başa gəlib.

Seçilən
19
1
redaktor.az

2Mənbələr