AZ

AFFA-dan “Kəpəz”in futbolçusuna 6 oyunluq cəza – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 17-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Əvəzedicilər Liqası, 17-ci tur

“Qəbələ-2” – “Neftçi-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” 200 manat cərimə edilib.

“Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Matçöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə “Zirə” 150 manat cərimə edilib.

“Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 70 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Nihad İsaqov təcavüzkar davranışa, eyni zamanda rəqibi buna təhrik etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəza alıb. Gəncə komandası buna görə 300 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Sabah” buna görə 150 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Din Haliloviç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb. “Sabah” buna görə 500 manat cərimə ödəyəcək.

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun qapı torunda problem olduğuna görə matç gec başladığı üçün “Sumqayıt” 200 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
13
arena.az

10Mənbələr