AZ

Kapitan baş məşqçinin üzünə niyə qayıdıb? - Xoşagəlməz OLAY!

Ötən ilin noyabrında «Karvan»ın sükanı arxasına keçən Füzuli Məmmədovun başı qalmaqaldan əskik olmur. İndiyədək Yevlax təmsilçisini 9 oyuna çıxaran və bunların səkkizində məğlubiyyət acısı dadan mütəxəssis bu dəfə Elvin Yunuszadə ilə toqquşub. Cari mövsümdən «sarvanlar»ın formasını geyinən müdafiəçi keçdiyi məşq prosesinə görə çalışdırıcıya sərt etiraz edib. «Neftçi»nin yetirməsi bildirib ki, gündəlik hazırlıq prosesi uzun və yorucudur. Vaxtilə «Qarabağ»ın heyətində Çempionlar Liqasının qrup mərhələsində iştirak eləmiş arxa xətt oyunçusu həmçinin taktiki tapşırıqlardan narazılığını dilə gətirib. Millinin sabiq üzvü praqmatik futbol sərgiləməklə uğur qazanmayacaqlarını baş məşqçinin diqqətinə çatdırıb. Və bu da F.Məmmədova xoş gəlməyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Yunuszadənin son turlarda meydana çıxmamasının səbəbi də budur.
Klubun idarəçiləri düşərgədə yaşanan hadisələrdən yerli-yataqlı məlumatlıdır. Sadəcə, heç bir prosesə qarışmırlar, gedişatı kənardan diqqətlə izləməkdə davam edirlər. Çünki F.Məmmədov söz verib - mənim işimə qarışan olmasın, komandanı Premyer Liqada saxlayacam. Gözləyirlər ki, görsünlər o, vədinin üstündə duracaq, ya yox. Hələlik hər şey «Karvan»ın əleyhinə cərəyan edir. 15 ildən sonra elitaya qayıtmış aranlılar 21 tura topladığı 6 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində «lövbər salıb».

SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr