AZ

Kim Çen In 13 yaşlı qızına yüksək vəzifə VERDİ: Nüvə qüvvələrinə rəhbər təyin olundu

Cənubi Koreya kəşfiyyat orqanları KXDR lideri Kim Jong Unın mümkün varisi ilə bağlı yeni məlumatlar yayıb. Vətəninfo.az xəbər verir ki, Cənubi Koreyanın Chosun Daily nəşrinin yazdığına görə, onun 13 yaşlı qızı Kim Ju Ae ölkənin nüvə qüvvələrinə kurator təyin edilib.

Məlumata əsasən, bu addım yeniyetmənin müdafiə strukturları ilə yaxından tanış olması və hərbi sahədə operativ idarəetmə bacarıqlarını formalaşdırması məqsədi daşıyır. Qeyd olunur ki, Kim Çen In daha əvvəl də qızını raket sınaq meydançalarına aparıb və onu ictimai tədbirlərdə nümayiş etdirib.

Hazırda Şimali Koreya  tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Ekspertlər hesab edirlər ki, Kim Çen Inın qızının ictimaiyyət qarşısında tez-tez görünməsi onun gələcəkdə siyasi varis kimi hazırlanması ehtimalını gücləndirir.

Seçilən
7
veteninfo.az

1Mənbələr