Metbuat.az xəbər verir ki, Derici bir müddət əvvəl nişanlandığı DJ Melih Kunukçunu Instagram hesabından izləmədən çıxarıb və birlikdə çəkilmiş bütün fotolarını silərək diqqətləri öz üzərinə çəkib. Sənətçi bu addımdan sonra şəxsi profilində özünə inamı ifadə edən fikirlərə yer verib və paylaşımında 2026-cı ilə dair iddialı mesajlar verərək “İrem 2026-nın içindən keçəcək, gözləyin” sözlərini paylaşıb. Bu paylaşım izləyicilər tərəfindən qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb, fanatları ulduz müğənninin karyerasında yeni mərhələnin başladığı ilə bağlı fərziyyələr irəli sürüblər.
Müxtəlif mənbələrdə bu addımın cütlüyün münasibətində ciddi dəyişiklik əlaməti kimi şərh olunduğu bildirilir.