AZ

Azərbaycan Türkiyə və Gürcüstanla ticarət dövriyyəsini artırmağı hədəfləyir

Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Türkiyə və Gürcüstanla ticarət tərəfdaşlığı əsas prioritet istiqamətlərdən biri kimi saxlayır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxeti regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan üçün Türkiyə və Gürcüstan əsas ticarət, o cümlədən ixrac tərəfdaşlarıdır.

Nazirin sözlərinə görə, ötən il Azərbaycan Türkiyə ilə 7 milyard ABŞ dolları, Gürcüstanla isə təxminən 900 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

"Türkiyə Avropa İttifaqı bazarlarına çıxış üçün strateji qapı rolunu oynayır. Türkiyənin sənaye potensialı, logistika infrastrukturu, texnoloji imkanları və ittifaqla gömrük inteqrasiyası Azərbaycan və Cənubi Qafqaz regionu üçün yeni istehsal və təchizat zənciri imkanları yaradır", - deyə o qeyd edib.

Seçilən
5
2
aznews.az

3Mənbələr